İnternet platforması Give Me Sport futbol tarixinin ən plastik qapıçılarını müəyyən edən siyahı dərc edib.
Sport-Az xəbər verir ki, reytinqin ilk pilləsində SSRİ-nin əfsanəvi futbolçusu, bütün karyerasını Moskvanın “Dinamo” klubunda keçirmiş Lev Yaşin qərarlaşıb. 1963-cü ildə Yaşin, futbol dünyasında qapıçılar üçün nadir olan “Qızıl Top” mükafatını qazanmışdır.
Reytinqin İlk Onluğu:
- Lev Yaşin (“Dinamo Moskva” və SSRİ milli komandası) – SSRİ
- Alisson Bekker (“Liverpul” və Braziliya milli komandası) – Braziliya
- Zep Mayyer (“Bavariya” və Qərbi Almaniya milli komandası) – Almaniya
- Peter Şmeyxel (“Mançester Yunayted”) – Danimarka
- Emiliano Martinez (“Aston Villa” və Argentina milli komandası) – Argentina
- Mark-André ter Ştegen (“Barselona” və Almaniya milli komandası) – Almaniya
- Brüs Qrobbelar (“Liverpul”) – Zimbabve
- Gordon Benks – İngiltərə
- David de Xea (“Fiorentina”) – İspaniya
- Rene İqita (Kolumbiya milli komandası) – Kolumbiya