Argentina millisinin və “İnter Mayami” klubunun ulduz futbolçusu Lionel Messi qarşıdan gələn Klub Dünya Çempionatında iştirak edəcək. Sport-az.com xəbər verir ki, Məssinin adı turnir üçün komandanın rəsmi iştirak ərizəsində yer alıb. Bu məlumat “İnter Mayami” klubunun rəsmi saytında dərc olunub.
Messi ilə yanaşı, digər tanınmış futbolçular – Serxio Buskets və Luis Suares də turnirdə komandanı təmsil edəcəklər.
Klub Dünya Çempionatı bu il ABŞ-da 14 iyun – 13 iyul tarixləri arasında keçiriləcək. “İnter Mayami” ilk oyununu 15 iyunda Misirin “Əl-Əhli” klubuna qarşı keçirəcək. Komanda bundan sonra “Portu” və “Palmeyras” ilə də qarşılaşacaq.