“Liverpul” klubu Məhəmməd Salahın üçillik yeni müqavilə tələbini rədd edib.
Sport-Az-ın məlumatına görə, hücumçu “Liverpul”da qalmaq istəsə də, klub rəhbərliyi onunla yeni müqavilə bağlamaqdan imtina edib. Bu səbəbdən Məhəmməd Salah, cari mövsümün sonunda İngiltərə klubundakı müqaviləsinin müddəti bitdikdən sonra, Madrid “Real”ı ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, bu mövsümdə Salah “Liverpul” formasında 27 oyunda iştirak edib, 21 qol vurub və 17 məhsuldar ötürmə ilə komandasına dəstək olub.