“Liverpul”un futbolçusu Federiko Kyeza “Qalatasaray”la Çempionlar Liqası matçını buraxacaq

“Liverpul” klubunun mətbuat xidməti İtaliyalı hücumçu Federiko Kyezanın UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda “Qalatasaray”la keçiriləcək oyunda iştirak etməyəcəyini açıqlayıb.

Komandanın baş məşqçisi Arne Slotun sözlərinə görə, Kyeza ötən həftəsonu diskomfort hiss edib və hazırda tam fiziki vəziyyətdə olmadığından maksimum performans göstərə bilməz. Bu səbəbdən o, İstanbula yola düşməyib və heyətə də daxil edilməyib.

Qeyd olunub ki, Kyeza zədəsinə baxmayaraq, “Kristal Pelas”la keçirilən son oyunda qol vura bilib.

Bu mövsüm italiyalı futbolçu “Liverpul”un heyətində bütün yarışlarda 6 matçda iştirak edib, 2 qol vurub və 2 məhsuldar ötürmə də həyata keçirib.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni