More

    “Liverpul”un ulduz hücumçusu Məhəmməd Salah gələcəyi ilə bağlı qərarını açıqladı

    “Liverpul”un misirli hücumçusu Məhəmməd Salah mövsümün sonunda komandanı tərk edəcəyini elan edib.

    Sport-Az xəbər verir ki, Salah bu qərarını açıqlayarkən “Liverpul” üçün xüsusi bir şey etmək istədiyini vurğulayıb:
    “Mən həqiqətən “Liverpul”la Premyer Liqanı qazanmaq istəyirəm. Bu, komandada mənim son mövsümüm olacaq, ona görə də şəhər üçün xüsusi bir şey etmək istəyirəm”, – deyə Salah bildirib.

    Futbolçu həmçinin qeyd edib ki, klubla yeni müqavilə barədə danışıqlarda “heç bir irəliləyiş yoxdur”. Onun hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatır.

    Eyni zamanda, jurnalist Santi Auna sosial şəbəkə X-də (əvvəlki Twitter) Salahın PSJ ilə danışıqlar apardığını, baxmayaraq ki, Paris klubu bu iddiaları daha əvvəl rədd etdiyini bildirib. Bununla yanaşı, Salahın Səudiyyə Ərəbistanı klubları ilə aparılan danışıqları dayandırdığı vurğulanır.

    Qeyd edək ki, 32 yaşlı hücumçu 2017-ci ildən “Liverpul”un heyətində çıxış edir. Onun hesabında 375 matçda vurduğu 231 qol və etdiyi 105 məhsuldar ötürmə var.

    Hal-hazırda “Liverpul” İngiltərə Premyer Liqasının turnir cədvəlində inamla liderlik edir. Arne Slotun rəhbərlik etdiyi komanda 18 turda 45 xal toplayaraq, ən yaxın izləyicisi “Arsenal”dan altı xal fərqlə öndədir və bir oyunu ehtiyatda saxlayır.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni