More

    Liviya Azərbaycanı FIFA reytinqində geridə qoydu

    Millətlər Liqasının pley-off mərhələsi və 1/4 final oyunlarından sonra FIFA-nın onlayn reytinqində müəyyən dəyişikliklər baş verib. Reytinq cədvəlində bir sıra komandaların mövqeyi dəyişib, o cümlədən Azərbaycan yığmasının.

    Sport-az portalının yaydığı məlumata əsasən, hazırda Azərbaycan milli komandası dünya sıralamasında 118-ci yerdə qərarlaşıb. Komandanın aktivində 1154,91 xal mövcuddur.

    Son reytinqlə müqayisədə yığmamız bir pillə geriləyib. Haitiyə qarşı keçirilən yoldaşlıq görüşündəki 0:3 hesablı məğlubiyyət səbəbindən 3,79 xal itirilib. Bu nəticə Liviya yığmasının Azərbaycanı reytinqdə geridə qoymasına səbəb olub.

    Bununla belə, komanda yaxın günlərdə növbəti imtahandan keçəcək. Bu gün Azərbaycan millisi Belarusla növbəti yoldaşlıq oyununa çıxacaq.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni