More

    Llitvinçev dünya çempionatında 13-cü pillədə qərarlaşdı

    ABŞ-ın Boston şəhərində keçirilən fiqurlu konkisürmə üzrə dünya çempionatı davam edir. Turnirin ikinci günü kişilər arasında qısa proqramla yadda qaldı.

    Azərbaycanı təmsil edən Vladimir Litvinçev çıxışı zamanı 83,10 xal toplayaraq 39 iştirakçı arasında 13-cü pilləyə yüksəldi. Bununla da o, sərbəst proqramda çıxış etmək hüququ qazanan 24 idmançı sırasına daxil oldu.

    Qısa proqram mərhələsinin lideri isə ABŞ təmsilçisi İlya Malinin oldu – o, hakimlərdən 110,41 xal aldı. Sərbəst proqram üzrə yarış 29 mart tarixində baş tutacaq.

    Qeyd edək ki, bu gün idman rəqsləri üzrə yarışlar da start götürür. Azərbaycan cütlüyü – Samanta Ritter və Daniel Brikalov – öz proqramlarını təqdim edəcəklər.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni