Moskvanın “Lokomotiv” klubu Azərbaycan Premyer Liqasında çıxış edən “Zirə”nin hücumçusu Səlif Suma ilə ciddi maraqlanır.
Rusiya klubunun təklifi
Sport-Az-ın məlumatına görə, rusiyalılar 21 yaşlı qvineyalı futbolçunun transferi üçün 800 min avro ödəməyə hazırdır. “Lokomotiv” rəhbərliyi yaxın vaxtlarda Sumə ilə danışıqlara başlamaq niyyətindədir. Əgər “Zirə” transfer üçün müsbət cavab versə, tərəflər müqavilənin şərtlərini müzakirə etmək üçün masa arxasına əyləşəcəklər.
Digər klubların marağı
Bundan əvvəl Səlif Suma Türkiyə klublarının da diqqətini cəlb etmişdi. Lakin “Zirə” həmin təklifləri qəbul etməmiş və futbolçunun transferinə razılıq verməmişdi.