More

    Los-Anceles 2028: Olimpiya tarixində ilk dəfə qadınlar üstünlük təşkil edəcək

    Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarının medallar üzrə yarış proqramını təsdiqləyib. Bu qərarla Olimpiya tarixində ilk dəfə qadın idmanı kişi idman növlərini say baxımından geridə qoyacaq. Bu barədə BOK-un rəsmi açıqlamasında qeyd olunur.

    Yarışlarda ümumilikdə 351 medal dəsti sahibini tapacaq. Onlardan 165-i kişi idmançıların, 161-i isə qadınların mübarizəsində oynanılacaq. Lakin ilk dəfə olaraq yarışda iştirak edəcək qadın idmançıların sayı kişilərdən çox olacaq — 5333 qadın və 5167 kişi iştirakçı.

    Komitə bildirir ki, komanda idman növlərində də qadınlara daha çox imkan yaradılacaq. Məsələn, qadın futbol komandalarının sayı kişi komandalarını ötəcək ki, bu da Olimpiya tarixində ilk olacaq.

    Əlavə olaraq, boks yarışlarında da gender bərabərliyi təmin olunacaq — həm qadınlar, həm də kişilər üçün eyni sayda, yəni yeddi çəki dərəcəsi olacaq. Həmçinin su polosu üzrə də kişi və qadın komandalarının sayı bərabər tutulub — hər biri 12 yığma ilə təmsil olunacaq.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni