“Real Madrid” futbol klubunun ulduz futbolçusu Luka Modriç, əfsanəvi hücumçu Ferens Puşkaşın rekordunu qıraraq tarixi bir nailiyyətə imza atıb.
Sport-Az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi İspaniya La Liqasının XII turundan təxirə salınmış “Valensiya” ilə səfər oyununda (2:1) vurduğu qolla “Real Madrid” tarixində ən yaşlı qol vuran oyunçu olub.
Modriç qolu 39 yaş 3 ay 26 günlük yaşında vuraraq, Ferens Puşkaşın rekordunu geridə qoyub. Puşkaş 1966-cı ildə 39 yaş 15 günlük olarkən “Real Madrid” forması ilə qol vurmuşdu.
Bu oyun, Luka Modriçin “Real Madrid” heyətində çıxdığı 561-ci oyun olub. Bununla da o, klub tarixində ən çox oyun keçirmiş 10 futbolçudan biri kimi adını siyahıya yazdırıb.
Matçın 80-ci dəqiqəsində meydana daxil olan Modriç, cəmi 5 dəqiqə sonra “Valensiya” qapısına qələbə qolunu vuraraq, komandasına inamlı qələbə qazandırıb.



