More

    Lyuis Hemilton 2025 mövsümündə antirekordla yadda qaldı

    Formula 1-də yeddiqat dünya çempionu Lyuis Hemilton 2025-ci ildə gözlənilməz bir statistik nəticə ilə gündəmə gəlib. Sport-az.com xəbər verir ki, hazırda “Ferrari” komandasında çıxış edən britaniyalı pilot bu mövsümün ilk 10 yarışında podiuma yüksələ bilməyib.

    Bu, Hemiltonun karyerasında ən uğursuz mövsüm startı kimi tarixə düşüb. O, daha əvvəl 2009-cu ildə ardıcıl 9 Qran-pridə mükafatçılar sırasına düşə bilməmişdi. Lakin 2025-ci ildə bu göstərici də geridə qalıb.

    Uğursuz seriya davam edir:

    • Lyuis Hemilton son 12 yarışda podiumdan uzaq qalıb.
    • Sonuncu dəfə 2024-cü ildə Las-Veqas Qran Prisində ilk “üçlük”də qərarlaşıb.

    Yeni rekord təhdidi:

    Hazırda Hemiltonun karyerasındakı ən uzun podiumsuz seriyası 13 yarışdır. Bu, 2023-cü ilin San-Paulu Qran Prisindən 2024-cü ilin İspaniya Qran-prisinə qədər olan dövrdə qeydə alınıb. Əgər britaniyalı pilot qarşıdakı Avstriya Qran Prisini də ilk üçlükdə başa vurmasa, həmin antirekordu təkrarlayacaq.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni