Madrid “Real” rəhbərliyi fiziki hazırlıq üzrə məşqçi Antonio Pintusdan narazıdır. Bu barədə İspaniyanın Fichajes.net nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, klub rəhbərliyi komandanın uğursuz nəticələrini məhz oyunçuların fiziki hazırlıqlarının zəif olması və təzəlik çatışmazlığı ilə əlaqələndirir. Antonio Pintusun yaxın vaxtlarda vəziyyəti düzəldəcəyi gözlənilir.
Bu mövsüm La Liqada “Real” 13 oyundan sonra 30 xal toplayaraq turnir cədvəlində 2-ci yerdə qərarlaşıb. Ancaq Çempionlar Liqasında vəziyyət daha ağırdır: klub 5 oyunda 6 xal itirərək, 24-cü pillədədir.



