“Cadillac” 2026-cı ildə öz komandası ilə Formula 1 arenalarında debüt etməyə hazırlaşır. Sport-az-un məlumatına görə, layihə məsləhətçisi Mario Andretti açıqladı ki, komanda üçün axtarılan sürücülər arasında prioritet ABŞ-lı təcrübəli pilot olmaqdır. O, əlavə etdi:
“Komandamız hələ inkişaf mərhələsindədir, buna görə də milliyyət fərqi nəzərə alınmadan təcrübəli bir sürücü lazımdır. İkinci sürücü kimi isə gənc, ümidverici bir ABŞ talantı seçilə bilər. Hazırkı məqsədimiz budur.”
Mətbuatda “Cadillac” üçün bir neçə namizəd müzakirə olunur; adlar arasında Valterri Bottas, Sergio Perez və Guanyu Zhou səslənir.