More

    Maks Ferstappen: “Formula 1-də karyeram sonuna daha yaxındır”

    “Red Bull” komandasının pilotu Maks Ferstappen karyerası ilə bağlı diqqətçəkən açıqlama verib. Dördqat dünya çempionu etiraf edib ki, artıq Formula 1-də çıxışlarının sonuna əvvəlkindən daha yaxın olduğunu düşünür.

    Bəhreyndə keçirilən mövsümöncəsi testlərdən sonra danışan niderlandlı sürücü bildirib ki, 2026-cı ildən qüvvəyə minəcək yeni texniki qaydalar onun karyerasını uzatmaq baxımından xüsusi motivasiya yaratmır.

    “Əlbəttə ki, sonuna daha yaxınım, bu dəqiqdir”, – deyə o, zarafatla qeyd edib. Ferstappen əlavə edib:“Düzünü desəm, hazırkı və gələcək qaydalar karyeramın uzunömürlü olmasına o qədər də kömək etmir”.

    “Həyatımı yaşamaq istəyirəm”

    Ferstappen daha əvvəl də bildirmişdi ki, Fernando Alonso və ya Lüis Həmilton kimi 40 yaşına qədər yarışmaq niyyətində deyil. 2015-ci ildə, cəmi 17 yaşında Avstraliya Qran-prisində debüt edərək Formula 1 tarixinin ən gənc pilotu olan Ferstappen qısa müddətdə idmanın simalarından birinə çevrilib.

    O, artıq dörd dünya çempionluğu qazanıb və ən böyük sürücülər sırasında göstərilir. Bununla belə, o, yarış karyerasının həyatının yeganə məqsədi olmadığını vurğulayıb:

    “Formula 1-də qazandıqlarımdan çox məmnunam. İstəsəm, bunu asanlıqla geridə qoya bilərəm. Başqa layihələrim də var”.

    Pilot bildirib ki, yaxın vaxtlarda ailəsi və dostları ilə xizək tətili onun düşüncələrinə təsir edib:

    “Bir neçə gün ailə və yaxınlarla birlikdə olmaq fantastik idi. O an başa düşdüm ki, həyatı qiymətləndirmək lazımdır. 60-70 yaşında olarkən dörd və ya səkkiz titul qazanmağın fərqi olmayacaq. Mən həyatımı yaşamaq istəyirəm”.

    Ferstappen həmçinin əlavə edib ki, il ərzində 24-25 yarışa qatılaraq daim titul uğrunda mübarizə aparmaq onun üçün əsas prioritet deyil:

    “Bir dəfə yaşayırıq. Mən 25 ilimi yalnız yarış avtomobilində keçirmək istəmirəm”.

    Qeyd edək ki, Maks Ferstappenin “Red Bull”la müqaviləsi 2028-ci ilin sonuna qədər qüvvədədir.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni