2025 Formula 1 mövsümündə ilk qələbəsini qazanan Maks Ferstappen Yaponiyada keçirilən mövsümün dördüncü Qran-Prisinin qalibi oldu. Red Bull pilotu yarışa poul-pozisiyadan start verdi və möhtəşəm performansla sona qədər liderliyi qoruyaraq finiş xəttini birinci keçdi. Bu, onun Suzukada ardıcıl dördüncü zəfəri oldu.
Yarışın nəticələri
- Maks Ferstappen (Red Bull)
- Lando Norris (McLaren)
- Oskar Piastri (McLaren)
- Şarl Lekler (Ferrari)
- Corc Rassell (Mercedes)
- Kimi Antonelli (Mercedes)
- Lyuis Hemilton (Ferrari)
- İzak Adjar (Racing Bulls)
- Aleks Albon (Williams)
- Oliver Berman (Haas)
Ümumi reytinq və mövsümün gedişi
Dörd mərhələdən sonra dünya çempionatının lideri hələ də Lando Norrisdır – onun aktivində 62 xal var. Ferstappen isə 61 xalla cəmi bir xal geri qalır. Bu, çempionatın həyəcanını daha da artırır və gələcək yarışların gərgin keçəcəyindən xəbər verir.
Növbəti dayanacaq – Bəhreyn
Mövsümün beşinci mərhələsi 13 aprel tarixində Bəhreyn Qran-Prisi ilə davam edəcək. Komandalar artıq bu yarışa hazırlaşmağa başlayıb və liderlik uğrunda mübarizə daha da şiddətlənəcək.