More

    “Mançester Siti”nin ulduzu “Benfika”ya qayıda bilər

    İngiltərənin “Mançester Siti” klubunun portuqaliyalı yarımmüdafiəçisi Bernardo Silva karyerasını vətənində, “Benfika”da davam etdirə bilər.

    Portuqaliyanın “A Bola” nəşrinə istinadən xəbər verilir ki, “Benfika”da prezidentliyə namizəd Joau Lopeş qalib gələrsə, 31 yaşlı vingeri komandaya qaytarmağa söz verib. Lopeş artıq təcrübəli oyunçu ilə müqavilənin hazır olduğunu və transferin 2026-cı ilin yanvarında reallaşdırılmasını planlaşdırdıqlarını bildirib. Bu transfer Silvanın “Mançester Siti” ilə müqaviləsinin 2026-cı ilin iyununda başa çatacağı nəzərə alınaraq sərbəst agent kimi mümkün ola bilər.

    Bernardo Silva “Benfika”nın akademiyasının yetirməsidir və karyerasına orada başlayıb. 2014-cü ildə “Monako”ya icarəyə gedən oyunçu, 2017-ci ildə 50 milyon avroya “Mançester Siti”yə keçmişdi. O, “şəhərlilər”lə 404 oyunda 71 qol və 72 asistlə yadda qalıb, həmçinin Çempionlar Liqası (2023) və dörd Premyer Liqa titulu qazanıb.

    Qeyd edək ki, Silvanın “Mançester Siti” ilə müqaviləsinin müddəti 2026-cı ilin yayında bitəcək. Onun mümkün qayıdışı “Benfika” azarkeşləri arasında böyük maraq doğurub, çünki o, klubun simvolik fiqurlarından biridir.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni