“Mançester Yunayted” İngiltərə Kubokuna vida etdi – “Fulhem” penaltilərlə qalib gəldi

İngiltərə Kubokunun 1/8 final mərhələsində “Mançester Yunayted” öz meydanında Fulhem klubunu qəbul edib.

Sport-Az-ın məlumatına görə, “Old Trafford” stadionunda keçirilən qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında daha dəqiq oynayan “Fulhem” 4:3 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.

Oyunun əsas anları:

  • 45+1 dəq. – “Fulhem”in nigeriyalı müdafiəçisi Kelvin Bassi hesabı açıb.
  • 71 dəq. – “Mançester Yunayted”ə Brunu Fernandeş bərabərlik qolunu gətirib.

Qeyd edək ki, İngiltərə Kubokunun ən titullu klubu 14 dəfə çempion olan “Arsenal” komandasıdır.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni