İngiltərə Liqa Kubokunun üçüncü raundunda “Mançester Yunayted” və “Barnsli” komandaları qarşılaşıb. Oyun “qırmızı şeytanlar”ın 7:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu matçda “Mançester Yunayted”in oyunçuları arasında xüsusi olaraq Marcus Raşford, Bruno Fernandes və Alejandro Qarnacho seçilib. Hər üç futbolçu iki qol vuraraq dubl ediblər. Komandanın digər qolunu isə Antony vurub.
Paralel olaraq baş tutan digər oyunlarda “Sauthempton” “Everton”u penaltilər seriyasında 6:5 hesabı ilə məğlub edib (əsas vaxt 1:1). “Brentford” “Leyton Orient”ə qarşı 3:1 hesabı ilə qalib gəlib, “Kristal Pelas” isə “Kuinz Park Reyncers” üzərində 2:1 hesablı qələbə qazanıb.