More

    “Mançester Yunayted” qapıçısı ilə yollarını ayırmağa hazırlaşır

    İngiltərənin “Mançester Yunayted” klubu yay transfer pəncərəsində qapıçısı Altay Bayındırla vidalaşmağı planlaşdırır. Bu barədə Sport-Az jurnalist Pol Hörstə istinadən məlumat yayıb.

    Nə üçün satılır?

    Türkiyəli qolkiper cari mövsümdə cəmi 9 oyunda iştirak edib və bu qarşılaşmalarda 18 qol buraxıb. Komandada əsas heyət uğrunda rəqabətdə lider olmağı bacarmayan Bayındır bir neçə kobud səhvi ilə azarkeşlərin və mütəxəssislərin tənqidinə tuş gəlib.

    Tənqidlər yalnız Altayla məhdudlaşmayıb – əsas qapıçı Andre Onana da səhvlərinə görə hədəfdədir. Lakin klub rəhbərliyi məhz Bayındırla yolları ayırmağı və yeni rəqib qapıçı transfer etməyi düşünür.

    Transfer dəyəri və planlar

    Transfermarkt portalının məlumatına görə, 27 yaşlı qapıçının bazar dəyəri 10 milyon avro təşkil edir. Klubun yay aylarında onu bu məbləğə satmaq niyyətində olduğu bildirilir.

    Altay Bayındır 2023-cü ilin yayında “Fənərbaxça” klubundan “Mançester Yunayted”ə keçmişdi, lakin gözlənilən performansı sərgiləyə bilmədi.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni