Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan 12-ci Sofiya Suya Tullanma Kubokunun üçüncü yarış günündə Azərbaycan milli komandasının yeniyetmə üzvü Maqsud Tahirli növbəti dəfə zirvəyə qalxıb.
Sport-az.com Üzgüçülük Federasiyasının Mətbuat Xidmətinə istinadən xəbər verir ki, idmançımız bu dəfə 1 metrlik tramplindən tullanışda bütün rəqiblərini geridə qoyaraq qızıl medala sahib olub.
Bununla da Tahirli turnirdə:
- 5 metrlik platforma,
- 3 metrlik tramplin və
- 1 metrlik tramplin üzrə ardıcıl üç qızıl medal qazanaraq yarışın ən uğurlu iştirakçılarından birinə çevrilib.
Qeyd edək ki, mötəbər yarışda 11 ölkədən 160-dan çox yeniyetmə idmançı iştirak edir.



