Marko Asensio PSG-dən “Aston Villa”ya keçdi

PSJ-nin 29 yaşlı hücumçusu Marko Asensio Fransanı tərk edərək İngiltərənin “Aston Villa” klubuna keçir.

Sport-Az-ın məlumatına görə, tanınmış jurnalist və futbol insayderi Fabrizio Romano sosial şəbəkə X (keçmiş Twitter) hesabında keçidin rəsmiləşdiyini bildirib.

Mənbənin məlumatına əsasən, PSJ və “Aston Villa” klubları futbolçunun altı aylıq icarəyə verilməsi barədə tam razılığa gəliblər. Müqavilədə satınalma opsiyası nəzərdə tutulmayıb. Bu o deməkdir ki, Asensio yayda Paris klubuna qayıda bilər.

İspaniyalı futbolçunun bu gün, 2 fevralda İngiltərəyə tibbi müayinədən keçmək üçün gedəcəyi bildirilir.

Marko Asensio 2023-cü ilin yayında PSJ ilə müqavilə imzalayıb. Cari mövsümdə o, bütün turnirlərdə 16 matça çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun PSJ ilə müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. Transfermarkt portalına görə, futbolçunun bazar dəyəri 20 milyon avro təşkil edir.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni