More

    Mayami WTA 1000 turnirində yarımfinalçılar müəyyənləşdi

    ABŞ-ın Florida ştatında keçirilən WTA 1000 səviyyəli Mayami turnirində qadınlar arasında yarımfinala yüksələn bütün tennisçilər məlum olub. Sərt örtüklü kortda keçirilən yarışın 1/4 final mərhələsinin son oyunları martın 27-nə keçən gecə baş tutub.

    Turnirin sürpriz nəticəsi Filippinli 19 yaşlı Aleksandra Ealadan gəlib. O, dünya reytinqində ikinci yerdə olan İqa Şvyonteki 6:2, 7:5 hesabı ilə məğlub edərək ilk dəfə WTA turnirinin yarımfinalına yüksəlib. Eala növbəti mərhələdə ABŞ təmsilçisi Cessika Pequla ilə qarşılaşacaq. Pequla isə gərgin mübarizədə Emma Radukanunu 6:4, 6:7 (3:7), 6:2 hesabı ilə turnirdən kənarlaşdırıb.

    Yuxarı hissədəki qarşılaşmalar isə bir gün öncə keçirilmişdi. Dünyanın bir nömrəli raketkası Arina Sobolenko çinli Çjen Tsinven üzərində 6:2, 7:5 hesablı qələbə ilə yarımfinala yüksəlib. Onun rəqibi isə Magda Linetti 6:3, 6:2 hesabı ilə məğlub edən italiyalı Jasmin Paolini olacaq.

    Yarımfinal oyunları 27 mart axşamı keçiriləcək. İlk olaraq saat 21:00-da Sobolenko ilə Paolini korta çıxacaq. Eala və Pequlanın görüşü isə Bakı vaxtı ilə gecə saatlarına – təxminən 02:30-a planlaşdırılıb.

    Mayami WTA 1000. 1/4 final nəticələri:

    Yuxarı hissə:

    • Arina Sobolenko [1] – Çjen Tsinven [9] – 6:2, 7:5
    • Magda Linett – Jasmin Paolini [6] – 3:6, 2:6

    Aşağı hissə:

    • Emma Radukanu – Cessika Pequla [4] – 4:6, 7:6 (7:3), 2:6
    • Aleksandra Eala – İqa Şvyontek [2] – 6:2, 7:5

    Yarımfinal cütlükləri:

    • Arina Sobolenko [1] – Jasmin Paolini [6]
    • Cessika Pequla [4] – Aleksandra Eala

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni