59 yaşlı ağır çəkidə keçmiş dünya boks çempionu və Beynəlxalq Boks Şöhrət Zalının üzvü Mayk Tayson UFC-də heç vaxt döyüşməyəcəyini açıqlayıb. Tayson “HardRockBet” sosial platformasında paylaşdığı videoda səbəbləri izah edib. O bildirib: “Ən yaxşı beş UFC döyüşçüsünün qazancı mənim əldə etdiyim gəlir ilə müqayisə edilə bilməz.”
Taysonun növbəti döyüşü 2025-ci il noyabrın 14-də Floyd Meyvezerlə planlaşdırılıb. Onun sonuncu görüşü isə 2024-cü ilin noyabrında amerikalı boksçu və bloger Ceyk Pola qarşı olub və hakim qərarı ilə məğlub elan edilib. Floyd Meyvezer isə həmin ilin avqust ayında Con Qotti ilə səkkiz raund davam edən qarşılaşmada qalib elan edilməyib.
Mayk Tayson hazırkı döyüş karyerasını yalnız boks platformasında davam etdirməyi planlayır və MMA döyüşlərinə qatılmaq fikrində deyil.