More

    Mbappe “Arsenal”la biabırçı məğlubiyyətdən sonra Salibanın transferini tələb edib

    8 aprel tarixində UEFA Çempionlar Liqasının 2024/25 mövsümünün 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində “Arsenal” və “Real Madrid” komandaları Londonda, “Emirates” stadionunda qarşılaşıb. Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

    Məlumata görə, bu ağır məğlubiyyətdən dərhal sonra “Real Madrid”in fransalı ulduzu Kilian Mbappe klub prezidenti Florentino Pereslə görüşüb və ondan “Arsenal”ın müdafiəçisi, həmvətəni Uilyam Salibanın transfer edilməsini tələb edib.

    İspaniyanın Realmadridexclusivo nəşrinin yazdığına görə, Mbappe Salibanın “Real Madrid”in arxa xəttinə ciddi güc qatacağını bildirib və onun komandaya cəlb edilməsini şəxsi prioritet kimi görür.

    Hələlik Florentino Peresin bu tələbə reaksiyası açıqlanmayıb, lakin qeyd olunur ki, klubdakı bütün transfer məsələlərində son söz prezidentin özünə məxsusdur.

    Hazırkı mövsümdə Saliba klub səviyyəsində 42 matçda iştirak edib və 2 dəfə fərqlənib. Məşhur Transfermarkt portalı onun dəyərini 80 milyon avro olaraq qiymətləndirir ki, bu da onu dünyanın ən bahalı mərkəz müdafiəçisi edir.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni