Madrid “Real”ının və Fransa milli komandasının hücumçusu Kilian Mbappe, əfsanəvi futbolçu və məşqçi Zinəddin Zidanla son vaxtlar niyə görüşməkdən çəkinməyə çalışdığını açıqlayıb.
Le Parisien nəşrinin məlumatına görə, Mbappe bu barədə belə danışıb:
“Son zamanlar Zidanla çox görüşməməyə çalışıram, çünki onun Fransa millisində baş məşqçi postuna gətiriləcəyi ilə bağlı söz-söhbətləri daha da qızışdırmaq istəmirəm.”
Məlumatlara görə, Didye Deşamın Fransa yığmasından ayrılması gözlənilir və onun yerinə məhz Zidanın gətiriləcəyi ehtimal edilir.
Zinəddin Zidan indiyə qədər yalnız Madrid “Real”ında baş məşqçi kimi çalışıb. O, 2016-2018 və 2019-2021-ci illər arasında komandanı idarə edib. Onun rəhbərliyi altında “Real” iki dəfə La Liqa çempionu, iki dəfə İspaniya Superkubokunun qalibi və üç dəfə UEFA Çempionlar Liqasının çempionu olub.



