Mbappe və Vinisius “Real”a qələbə qazandırdı

İspaniya La Liqasının 10-cu turunda daha 4 oyun keçirilib.

Sport-az.com-ın verdiyi məlumata görə, son çempion “Real Madrid” səfərdə “Selta” ilə qarşılaşıb və 2:1 hesabı ilə qalib gələrək 3 xalla qayıdıb. “Real”ın qollarını Kylian Mbappe və Vinisius Junior vurublar. Eyni gündə “Atletik” isə “Espanyol”u 4:1 hesabı ilə məğlub edib.

La Liqanın turnir cədvəlində 9 oyuna 24 xalla “Barselona” liderdir. “Real” isə eyni xal sayına malik olmasına baxmayaraq, 10 oyuna görə 2-ci yerdədir. 3-cü pillədə isə 17 xalla (9 oyuna) “Atletiko” qərarlaşıb.

İspaniya La Liqası – 10-cu tur
19 oktyabr

AtletikEspanyol – 4:1
Qollar: Vivian, 6, Villiams, 28, 30, Berenquer, 55 – Texero, 90+2

OsasunaBetis – 1:2
Qollar: Torro, 59 – Roke, 7, Avila, 73

JironaReal Sosyedad – 0:1
Qol: Oyarsabal, 44

SeltaReal – 1:2
Qollar: Svedberq, 51 – Mbappe, 20, Junior, 66

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni