Fransa millisinin və “Real”ın hücumçusu Kilian Mbappe psixoloji çətinliklər yaşayır.
Sport-az.com-ın “L`Equipe”ə istinadən verdiyi xəbərə görə, 25 yaşlı futbolçunun ətrafındakılar onun durumunun pis olduğunu bildiriblər. Məlumata əsasən, Mbappenin bir neçə aydır psixoloji problemləri var.
Qeyd edək ki, Mbappe bu yay “Real” klubuna keçib. Cari mövsümdə 16 oyunda 8 qol və 2 assistlə yadda qalıb. Lakin onun hücumda kifayət qədər aktiv olmaması azarkeşlər tərəfindən tənqidə səbəb olub.