Dünən McLaren-in sosial şəbəkələrində yayımlanan sirli paylaşımlarda 13.02.2025 tarixi qeyd olunmuşdu. Azarkeşlər bu anonsun nə ilə bağlı olduğunu bilməsə də, bu gün komanda gözlənilmədən yeni bolidini ilk təqdim edən komanda oldu. McLaren yeni maşını ilk dəfə Silverstounda trasa çıxardı, lakin bolidin tam dizaynı hələ də sirr olaraq qalır. Rəsmi təqdimat isə 18 fevralda F1 75 tədbirində keçiriləcək.
McLaren 2025: gizlilik ənənəsi və kamuflyajlı livery
McLaren son illərdə komandasının texniki yeniliklərini sirr saxlayan ən qapalı komandalarından biri kimi tanınır. Ötən il də komanda klassik rəng sxemindən imtina edərək bolidin həqiqi dizaynını gizlətmişdi. Hətta yayımlanan şəkillərdə bəzi detalları Photoshop vasitəsilə redaktə edərək mühəndislik həllərini gizlətmişdilər.
Bu il də McLaren eyni taktikadan istifadə edib və ilk testlər üçün bolidi kamuflyaj rəngdə təqdim edib. Komandanın CEO-su Zak Braun bildirib ki, McLaren yeni mövsümə daha iddialı addımlarla daxil olub və keçən il Konstruktorlar Kubokunu qazandıran bolidin üzərində inkişaf etdirilmiş versiyanı hazırlayıb. Onun sözlərinə görə, McLaren 2025-ci ildə çempionluq uğrunda real mübarizə aparmağı hədəfləyir.
McLaren çempionluğa hazırdır?
Ötən mövsüm Lando Norris yarışlarda müntəzəm olaraq qalibiyyət uğrunda mübarizə aparsa da, çempionluq üçün ciddi namizəd ola bilmədi. Bunun əsas səbəbi Red Bull-un və Maks Ferstappenin dominant çıxışı idi. Onlar mövsümün əvvəlində topladıqları üstünlüyü sona qədər qoruya bildilər.
Komandanın baş meneceri Andrea Stella isə bildirib ki:
“Biz ötən ili çempion kimi başa vursaq da, 2024 mövsümü bizə göstərdi ki, digər komandalar çox güclü və rəqabətli olmağa davam edir. Bu tendensiya bu il də davam edəcək. Biz daim diqqətli və inkişafda olmalıyıq ki, bu sıx mübarizədə qalib gələk. Mövsüm uzun və çətin olacaq, lakin biz hər şeyə hazırıq.”
Rəsmi təqdimat nə vaxtdır?
İlk testlər üçün təqdim olunan kamuflyaj livery komandanın sürücüsü Lando Norris tərəfindən “unikal və əyləncəli bir addım” kimi qiymətləndirilib. McLaren 2025-in əsl rəng sxemi və dizaynı 18 fevralda rəsmi olaraq təqdim ediləcək.