More

    Məhəmməd Salah “Barselona”ya keçməyə hazırdır

    “Liverpul”un ulduz hücumçusu Məhəmməd Salah karyerasını “Barselona”da davam etdirə bilər. Sport-Az-ın məlumatına görə, Sport Diario nəşri Salahın nümayəndələrinin artıq katalon klubuna onun xidmətlərini təklif etdiyini yazır. Əgər transfer baş tutarsa, futbolçu maaşının əhəmiyyətli dərəcədə azalmasına razı olmalıdır. Bu addım “Barselona”nın La Liqanın maliyyə qaydalarına uyğun gəlməsinə kömək edəcək.

    Kataloniya klubu Salahın oyun keyfiyyətləri və təcrübəsi ilə maraqlanır, lakin real danışıqlar ancaq maaş məsələsində güzəştə gedildikdə mümkün olacaq.

    Cari mövsümdə Salah bütün turnirlərdə 39 matçda iştirak edib, 30 qol vurub və 22 qol ötürməsi edib. Transfermarkt portalının məlumatına əsasən, onun bazar dəyəri 55 milyon avro təşkil edir.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni