Argentinalı ulduz futbolçu Lionel Messi, İnter Mayamiyə Çempionlar Kuboku oyununda qələbə qazandırdı. Messi, 2025-ci ilin ilk qolunu KONKAKAF Çempionlar Kuboku çərçivəsində Sportinq Kanzas Siti komandasına qarşı oyunda vurdu.
Oyun zamanı Messi 56-cı dəqiqədə fərqlənərək matçın yeganə qoluna imza atdı və komandasına 1:0 hesablı qələbə qazandırdı. Qarşılaşma, -15 dərəcə şaxtalı hava şəraitində keçirilsə də, Messi meydanda öz ustalığını göstərdi və oyunun ən yaxşı oyunçusu seçildi.
Bu oyun İnter Mayaminin yeni mövsümdəki ilk rəsmi matçı idi və Messi komandanın qəhrəmanı oldu.
Cavab görüşü, 26 fevral tarixində yenidən Sportinq Kanzas Siti ilə keçiriləcək. Bundan əlavə, 23 fevralda MLS-də İnter Mayami, Nyu-York Siti komandasına qarşı ilk oyununu keçirəcək.



