Argentina milli futbol komandasının hücumçusu Lionel Messi 2026-cı ildə keçiriləcək dünya çempionatında iştirak edib-etməyəcəyi ilə bağlı hələ qərar verməyib.
Sport-az.com-in “Marca”ya istinadən verdiyi məlumata görə, Messi bu mövzu ilə bağlı açıqlama verib:
“Mən özümü qabaqlamıram. Hər gündən həzz almağa çalışıram. Vaxtı gələndə görəcəyik, mən tələskənlik etməyi sevmirəm. Ümid edirəm ki, mən eyni səviyyədə çıxış edə biləcəyəm,” – deyə Messi bildirib.
Xatırladaq ki, Lionel Messi 2022-ci ilin dekabrında Argentina millisinin tərkibində dünya çempionu olub və o, milli komanda ilə 100-dən çox qol vurub.