Futbol dünyasının əfsanəsi Lionel Messi bu ay Bakıya səfər edəcək. Dünya çempionunun yanında digər məşhur futbolçular Luis Suarez, Serxio Buskets və Jordi Alba da olacaq.
Xüsusi tədbir dekabrın 11-də Bakı Kristal Zalında baş tutacaq. Tədbir, dünyaşöhrətli musiqiçilərin çıxışları ilə daha da rəngarəng olacaq. Villi Uilyam və məşhur “Morandi” qrupu səhnədə tamaşaçılara unudulmaz anlar yaşadacaqlar.
Bu tədbirdən əldə edilən gəlir xeyriyyə məqsədlərinə sərf ediləcək. Xüsusi atmosferdə keçiriləcək bu tədbir, həm futbol, həm də musiqi sevərləri bir araya gətirəcək.