8 dəfə “Qızıl Top” mükafatına layiq görülmüş və “Barselona”nın canlı əfsanəsi sayılan Lionel Messi, futbol karyerasında ən çox antipatiya duyduğu klubu açıqlayıb. Onun sözlərinə görə, bu klub “Real Madrid” deyil, məhz “Çelsi”dir.
“Düşünməzdim ki, bir gün belə bir şey deyəcəyəm, amma biz ‘Barselona’da ‘Çelsi’ni ‘Real’ Madrid’ə nisbətən daha çox nifrətlə qarşılayırdıq”, – deyə Messi etiraf edib.
Xatırladaq ki, “Barselona” və “Çelsi” Çempionlar Liqasının pley-off mərhələsində bir neçə dəfə prinsipial və dramatik qarşılaşmalarda üz-üzə gəliblər. Bu görüşlər tez-tez qalmaqallar, qırmızı vərəqələr və mübahisəli hakim qərarları ilə yadda qalıb.
Qeyd edək ki, daha əvvəl Messi hələ də 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatında Argentina millisində çıxış edib-etməyəcəyinə dair qərar vermədiyini bildirmişdi. Argentina artıq turnirə vəsiqə qazanıb.



