More

    Messi Braziliya üzərində qələbədən sonra Rafinhanı sarkazmla cavabladı

    Lionel Messi Argentina yığmasının Braziliya üzərində 4:1 hesablı parlaq qələbəsini sosial şəbəkədə ironik paylaşımı ilə şərh edib. Özü mart toplanışını zədə səbəbindən buraxsa da, komandasına dəstəyini orijinal şəkildə ifadə etməyi unutmayıb. Sport-az xəbər verir ki, dünya çempionu bu sözlərlə həm komanda yoldaşlarını təbrik edib, həm də braziliyalı hücumçu Rafinhaya incə mesaj göndərib:

    “Harada olursa-olsun, bu komanda futbolla danışır. Mükəmməl oyun və Uruqvay üzərindəki qələbə münasibətilə təbriklər!”

    Qeyd edək ki, qarşılaşma öncəsi “Barselona”nın futbolçusu Rafinhanın “Argentina ilə özümüz maraqlanacağıq” kimi iddialı açıqlaması oyun öncəsi gərgin atmosfer yaratmışdı. Görüş zamanı o, Argentina oyunçuları ilə bir neçə dəfə qarşıdurmaya girib və bu, meydandakı rəqiblər tərəfindən cavabsız qalmayıb. Argentina isə həm futbolla, həm də nəticə ilə cavabını verdi.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni