Argentina milli komandası gözlənilməz şəkildə 2026 Dünya Çempionatına seçmə mərhələdə Paragvay komandasına 1:2 hesabı ilə məğlub olub. “İnter Mayami” və Argentina millisinin ulduzu Lionel Messi bu oyunda hakimi təhqir etməsi ilə diqqət mərkəzinə düşüb. Mübahisə, rəqib oyunçunun qayda pozuntusuna baxmayaraq, hakimin onu oyundan kənarlaşdırmamaq qərarı ilə başlayıb. Messi hakimə emosional şəkildə “Sən mənim xoşuma gəlmirsən, sənsən problem” deyərək narazılığını bildirib.
Messi, dünya futbolunun ən tanınmış simalarından biri olaraq, əvvəllər emosional reaksiyaları ilə nadir hallarda yadda qalıb, lakin bu dəfə o, hakimə qarşı kəskin ifadələr işlədib. Hər zaman təmkinli və peşəkar davranışı ilə tanınan Messi üçün bu hadisə qeyri-adi sayıla bilər.
Argentina yığması 19-dan 20 noyabra keçən gecə Peru ilə qarşılaşacaq və Messi-nin bu oyunda necə çıxış edəcəyi maraqla gözlənilir.