MLS liqasında “Nyu-İnqlend Revolüşn”ı qəbul edən “İnter Mayami” möhtəşəm qələbə qazanıb.
Fanat.Az xəbər verir ki, oyun meydan sahiblərinin 6:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qalib komandanın heyətində Lionel Messi het-trik edib, Luis Suares isə dubla imza atıb. Gənc yarımmüdafiəçi Bencamin Kremaski də bir qolla fərqlənib. Messi və Suares, həmçinin müvafiq olaraq bir və iki məhsuldar ötürmə ilə komandasına böyük töhfə veriblər.
Qonaqların heyətində isə Luka Lanqoni və Dilan Borrero qollarla yadda qalıblar. Oyun ərzində qonaqlar iki top üstünlüyünə malik olsa da, 89-cu dəqiqədə hesab 6:2 olaraq dəyişib.
Qeyd edək ki, bu, “İnter Mayami”nin MLS-in müntəzəm çempionatındakı son oyunu olub. Komanda vaxtından əvvəl çempion olaraq pley-offa vəsiqə qazanıb.