More

    Meyvezer Pakyao ilə revanş döyüşü barədə danışdı

    Boks dünyasının iki əfsanəsi – Floyd Meyvezer və Menni Pakyao arasında gözlənilən revanş qarşılaşması rəsmi olaraq elan edilib. Bu xəbər həm azarkeşlər, həm də ekspertlər arasında böyük həyəcan yaradıb. 49 yaşlı beş çəki dərəcəsində keçmiş dünya çempionu Meyvezer qarşıdakı döyüşlə bağlı ilk açıqlamasını verib.

    Döyüşün 19 sentyabrda Las-Veqasda, “The Circle” arenada baş tutacağı bildirilib. Qarşılaşma müxtəlif platformalarla yanaşı Netflix tərəfindən də yayımlanacaq.

    Meyvezer ESPN-ə açıqlamasında iddialı danışıb: “Mən artıq Menni ilə bir dəfə döyüşmüşəm və o zaman qalib gəlmişəm. Bu dəfə də nəticənin fərqli olacağını düşünmürəm”.

    İlk döyüşün xatırlanması

    İki ulduz boksçu arasındakı ilk qarşılaşma 2 may 2015-ci ildə Las-Veqasda baş tutmuşdu. 12 raund davam edən həmin döyüş Meyvezerin yekdil hakim qərarı ilə qələbəsi ilə nəticələnmiş və boks tarixinin ən çox izlənən hadisələrindən birinə çevrilmişdi.

    Növbəti qarşılaşmanın isə həm kommersiya baxımından, həm də bu iki əfsanənin idman mirası baxımından böyük maraq doğuracağı gözlənilir. Hazırda hər iki boksçu karyeralarının son mərhələsində olsa da, döyüşün həyəcanı və rəqabət ruhu azalmayıb.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni