Gənc və istedadlı pilot Mik Şumaxer, özünü hazırkı Formula 1 pilotları ilə müqayisə edərək, performansından əmin olduğunu bildirib. Haas komandasının keçmiş sürücüsü, motorsport dünyasında atasının əfsanəvi adını daşıyaraq öz fərdi karyerasını qurmaq istəyir. Hazırda o, Dünya Endurance Çempionatında (WEC) çıxış edir və öz adını möhkəmləndirməyi hədəfləyir.
Mik Şumaxer, avtomobil idmanı ilə bağlı fikirlərini belə ifadə edib:
“Bilirəm ki, mənim bütün lazım olan keyfiyyətlərim var. Formula 1-də yarışan hər bir pilotun böyük istedadı var, bu, şübhəsizdir. Amma start cərgəsinə baxanda, sürət baxımından onlardan geri qalmayacağımdan əminəm. Mən heç də onlardan zəif deyiləm.”
24 yaşlı Mik Şumaxer, yeddiqat dünya çempionu Mixael Şumaxerin oğludur. 2021-2022-ci illərdə Haas komandasının heyətində Formula 1-də iştirak edib. Gənc pilot, hazırda Mercedes komandasının ehtiyat pilotu kimi fəaliyyət göstərir və əsas məqsədi yenidən Formula 1-ə qayıdaraq sabit çıxışlar göstərməkdir.