“Milan” “İnter”i darmadağın edərək İtaliya Kubokunun finalına yüksəldi

Aprelin 23-də keçirilən İtaliya Kubokunun yarımfinal mərhələsində “Milan” əzəli rəqibi “İnter”ə qarşı cavab görüşündə inamlı qələbə qazandı — 3:0. Bu nəticə ilə “rossoneri” final mərhələsinə vəsiqə əldə etdi.

İlk oyunda 1:1 hesablı bərabərlik qeydə alınmışdı. Cavab matçında isə “Milan” həm nəticə, həm də oyun baxımından rəqibinə ciddi üstünlük göstərdi.

Görüşün 36-cı dəqiqəsində Luka Yoviç baş zərbəsi ilə hesabı açdı. Fasilədən sonra serbiyalı hücumçu yenidən səhnəyə çıxdı — 49-cu dəqiqədə qapı qarşısında yaranmış qarışıqlıqdan yararlanaraq hesabı 2:0 etdi. Oyunun sonlarına yaxın isə Tiçani Reynders həlledici nöqtəni qoydu — 85-ci dəqiqədə hesab 3:0 oldu.

Final oyunu 14 mayda keçiriləcək. “Milan”ın rəqibi isə “Empoli” – “Bolonya” cütünün qalibi olacaq. Qeyd edək ki, ilk qarşılaşmada “Bolonya” səfərdə 3:0 hesabı ilə qalib gəlmişdi.

Oyunun statistikası:

İnter – Milan 0:3
İlk oyun: 1:1
Qollar: Yoviç (36, 49), Reynders (85)

  • Gözlənilən qollar (xG): 1.15 – 1.20
  • Topa nəzarət: 56% – 44%
  • Zərbələr: 16 – 8
  • Qapıya dəqiq zərbələr: 3 – 3
  • Künc zərbələri: 6 – 7
  • Foullar: 7 – 9

Heyətlər:

İnter: Martinez – Bissek, De Vray, Bastoni – Darmian (Korreya, 84), Barella (Frattesi, 54), Asllani (Çalhanoğlu, 53), Mxitaryan, Dimarko (Zalevski, 52) – Lautaro Martinez, Taremi (Arnautoviç, 53)

Milan: Menyan – Tomori, Qabbiya (Tiaw, 60), Pavloviç – Ximenez, Fofana, Reynders (Feliks, 88), Ernandes (Bartezagi, 88) – Pulişiç (Loftus-Çik, 79), Leao – Yoviç (Abraham, 78)

Sarı vərəqə: Çalhanoğlu

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni