More

    Millimizin Futbolçusu Heyətdən Çıxarıldı

    17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

    Sport-az.com AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Neftçi”nin futbolçusu Kamil Məmmədov tibbi müayinədən keçdikdən sonra həkimlərin rəyinə əsasən toplanışdan kənarda saxlanılıb.

    Bu arada, “Sabah”ın oyunçuları Həzrət SəmədovƏlibəy Mahmudov UEFA Gənclər Liqasında İsveçrənin “Bazel” klubuna qarşı keçiriləcək oyundan sonra, noyabrın 6-da millinin toplanışına qoşulacaqlar.

    Qeyd edək ki, U-17 komandamız noyabrın 4-7-də Qəbələdə, 8-9-da isə Bakıda təlim-məşq toplanışı keçirəcək. Millimiz noyabrın 10-dan 20-dək Rumıniyanın Buxarest şəhərində Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Macarıstan, YunanıstanRumıniya komandaları ilə qarşılaşacaq.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni