Azərbaycan milli komandasının UEFA Millətlər Liqasında Estoniya və Slovakiya ilə keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.
“Sport-az.com”nun məlumatına görə, baş məşqçi Fernandu Santuş ilk dəfə Albaniyanın “Eqnatiya” klubunun futbolçusu Zamiq Əliyevi də millinin heyətinə dəvət edib. Bundan başqa, Mahir Emreli də yığma komandaya geri qayıdır.
Millimizin heyəti:
Qapıçılar: Mehdi Cənnətov, Rza Cəfərov, Aydın Bayramov
Müdafiəçilər: Abbas Hüseynov, Qismət Alıyev, Rahil Məmmədov, Bəhlul Mustafazadə, Zamiq Əliyev, Bədavi Hüseynov, Anton Krivotsyuk, Şəhriyar Əliyev, Elvin Cəfərquliyev
Yarımmüdafiəçilər: Coşqun Diniyev, Elvin Camalov, Aleksey İsayev, Xəyal Nəcəfov, Ceyhun Nuriyev, Emin Mahmudov, Toral Bayramov, Ozan Can Kökçü, Rüstəm Əhmədzadə
Hücumçular: Ramil Şeydayev, Mahir Emreli, Renat Dadaşov
Qeyd edək ki, Azərbaycan milli komandası UEFA Millətlər Liqasında C liqasının I qrupu çərçivəsində oktyabrın 11-də Estoniya ilə “Lilleküla” stadionunda, oktyabrın 14-də isə Tofiq Bəhramov adına Respublika stadionunda Slovakiya ilə qarşılaşacaq. Hər iki oyun saat 20:00-da başlayacaq.