Akademik avarçəkmə, kayak və kanoe üzrə “Mingəçevir reqatası-2024” beynəlxalq turnirində iştirak edən komandaların rəsmi paradı baş tutub.
Sport-az.com xəbər verir ki, rəsmi parad Füzuli şəhərində təşkil olunub. Tədbirdə Azərbaycan avarçəkənləri ilə yanaşı, Estoniya, Gürcüstan, İtaliya, Macarıstan, Qazaxıstan, Litva, Moldova, Polşa, Türkiyə, Ukrayna və Özbəkistandan olan idmançılar iştirak ediblər.
Bu gün Füzuli şəhərinin işğaldan azad edilməsinin dördüncü ildönümüdür. Reqatanın sonuncu mərhələsi və bağlanış mərasimi isə oktyabrın 18-də Mingəçevirdə keçiriləcək.