Mingəçevirdə Kür çayında kütləvi üzmə yarışı keçiriləcək

Avqustun 31-də Mingəçevirdə açıq suda ənənəvi üzgüçülük yarışı – “Kürü keçək?!” keçiriləcək.

Sport-az.com xəbər verir ki, yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Tədbir Azərbaycan Ordusunun şanlı Qələbəsinin 5 illiyinə həsr olunur. Dördüncü dəfə təşkil ediləcək yarışda ölkənin bütün bölgələrindən 12 yaşdan yuxarı üzgüçülər iştirak edə biləcəklər.

Yarış aşağıdakı formatda keçiriləcək:

  • Peşəkarlar – 1050 metr məsafə üzrə;
  • Həvəskarlar – 350 metr məsafə üzrə;
  • Yaş kateqoriyaları:
    • 12–17 yaş
    • 18–23 yaş
    • 24–35 yaş
    • 36–55 yaş
    • 56–70 yaş
    • 70+ yaş

Bu il ilk dəfə olaraq 700 metrlik estafet yarışı da proqramda yer alacaq.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni