Mini-futbol üzrə dünya çempionatı: 1/8 final mərhələsinin cütlükləri bəlli oldu

Bakıda keçirilən mini-futbol üzrə dünya çempionatında qrup mərhələsinin III tur oyunları başa çatıb və 1/8 final mərhələsinin bütün iştirakçıları və cütlükləri müəyyənləşib. Sport-az.com xəbər verir ki, növbəti mərhələnin oyunları 27 may tarixində baş tutacaq.

Azərbaycan yığması pley-off mərhələsində güclü rəqibə – hazırkı dünya çempionu Rumıniya millisinə qarşı oynayacaq.

1/8 final mərhələsinin tam siyahısı

  • İngiltərə – Bolqarıstan
  • Portuqaliya – Macarıstan
  • Azərbaycan – Rumıniya
  • Fransa – Mavritaniya
  • Monteneqro – Polşa
  • Bosniya və Herseqovina – Tailand
  • Çexiya – İsrail
  • Serbiya – Gürcüstan

Qeyd edək ki, dünya çempionatına 1 iyun tarixində yekun vurulacaq.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni