Bakıda davam edən mini-futbol üzrə dünya çempionatında bu gün – 23 may tarixində II turun oyunları keçiriləcək. Gün ərzində ümumilikdə 8 qarşılaşma baş tutacaq.
Bütün oyunlar Milli Gimnastika Arenasında təşkil olunacaq. Günün ilk oyunu Mavritaniya və Bəhreyn komandaları arasında olacaq. Azarkeşlərin əsas diqqəti isə axşam saatlarında baş tutacaq Azərbaycan – Sloveniya matçına yönələcək.
Bu günün oyun cədvəli:
- 12:45 – Mavritaniya – Bəhreyn
- 14:00 – Fransa – Özbəkistan
- 15:15 – İngiltərə – Macarıstan
- 16:30 – Çad – Rumıniya
- 18:15 – Bolqarıstan – Hindistan
- 19:30 – Ukrayna – Türkiyə
- 20:45 – Sloveniya – Azərbaycan
- 22:00 – Portuqaliya – Slovakiya
Qeyd edək ki, Azərbaycan millisi ilk turda Bəhreynlə heç-heçə etmişdi – 1:1. Bu qarşılaşmada yığmamızın yeganə qoluna Mirməhdixan Rzayev imza atmışdı.
Komandamız bu dəfə qələbə qazanaraq qrup mərhələsində irəliləmək şansını artırmaq niyyətindədir.