Bu gün Bakıda keçirilən mini-futbol üzrə dünya çempionatında 1/8 final mərhələsinin son oyunları baş tutacaq və turnirin qalan dörd 1/4 finalçısı müəyyənləşəcək.
Sport-az.com xəbər verir ki, mərhələnin ikinci oyun günündə dörd qarşılaşma keçiriləcək:
- 17:30 – Monteneqro – Polşa
- 19:00 – Bosniya və Herseqovina – Tailand
- 20:30 – Çexiya – İsrail
- 22:00 – Serbiya – Gürcüstan
Xatırladaq ki, 1/8 finalın ilk oyun günündə Azərbaycan, İngiltərə, Macarıstan və Mavritaniya yığmaları rəqiblərinə qalib gələrək adlarını 1/4 finala yazdırıblar. Turnirin 1/4 final mərhələsi sabah – 29 may tarixində keçiriləcək. Mini-futbol üzrə dünya çempionatı isə 1 iyunda başa çatacaq.



