Misli Premyer Liqa: “Neftçi” və “Turan Tovuz” qalibi müəyyən edə bilmədi

Azərbaycan Misli Premyer Liqasının XXVI turunun son oyununda “Neftçi” və “Turan Tovuz” komandaları üz-üzə gəldi. Sport-Az xəbər verir ki, “Neftçi Arena”da baş tutan qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

  • 88-ci dəqiqədə meydan sahiblərinin hücumçusu Bassala Sambou hesabı açıb.
  • 90+5-ci dəqiqədə isə Hayderson Hurtado dəqiq zərbə ilə “Turan Tovuz”a 1 xal qazandırıb.
  • 18-ci dəqiqədə qonaq komandanın müdafiəçisi Emmanuel Hakman qırmızı vərəqə alaraq meydandan qovulub.

Bu nəticədən sonra “Neftçi” 28 xalla 6-cı yerdə qalıb, “Turan Tovuz” isə 43 xalla 4-cü pillədə qərarlaşıb.

Turun digər nəticələri:

  • “Qarabağ” – “Araz-Naxçıvan” (3:1)
  • “Şamaxı” – “Sabah” (1:0)
  • “Zirə” – “Səbail” (1:0)
  • “Sumqayıt” – “Kəpəz” (2:0)

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni