Bu gün futbol üzrə Azərbaycan Misli Premyer Liqasının XXVI turu çərçivəsində növbəti qarşılaşma baş tutacaq.
Sport-az.com xəbər verir ki, günün yeganə matçında “Qarabağ” öz meydanında “Karvan-Yevlax” komandasını qəbul edəcək. Görüş Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və start fiti saat 19:00-da səslənəcək.
Qeyd edək ki, Ağdam klubu hazırda 52 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Yevlax təmsilçisi isə 8 xalla sonuncu — 12-ci yerdədir.
6 aprel
- 19:00 “Qarabağ” – “Karvan-Yevlax”
- Hakimlər: Kamranbəy Rəhimov, Asiman Əzizli, Kərim Zeynalov, Əkbər Əhmədov
- VAR: Emin Əliyev
- AVAR: Tural Qurbanov
- Hakim-inspektor: Rəhim Həsənov
- AFFA nümayəndəsi: İlham Əliyev
- Məkan: Tofiq Bəhramov adına Respublika Stadionu.
Xatırladaq ki, turun ötən gün keçirilən oyunlarında “Qəbələ” səfərdə “Kəpəz”ə (0:2), “Neftçi” isə “Sumqayıt”a (1:3) qalib gəlib. XXVI tura sabah yekun vurulacaq.



