14 sentyabr bazar günü A Seriyasının 3-cü turu çərçivəsində “Milan” doğma meydanda “Bolonya” ilə qarşılaşdı. Oyun “San Siro” stadionunda baş tutdu və saat 21:45-də start götürdü.
Görüşün yeganə qolunun müəllifi 40 yaşlı Luka Modriç oldu. Bu qol xorvatiyalı yarımmüdafiəçinin “Milan”dakı ilk rəsmi qolu kimi tarixə düşdü. Qələbə sayəsində “Milan” 6 xalla 5-ci pillədə qərarlaşıb. “Bolonya” isə 3 xalla 13-cü yerdədir.
Yekun nəticə
Milan – Bolonya – 1:0
Qol: Modriç, 61



