13 dekabrda Euroliganın 15-ci turu çərçivəsində beş qarşılaşma keçirilib.
Təfərrüatlar:
“Monako” səfərdə Türkiyə təmsilçisi “Fənərbağça” üzərində inamlı qələbə qazanaraq oyunu 99:69 hesabı ilə başa vurub. Digər diqqət çəkən nəticələrdən biri də “Real Madrid”i məğlub edən “Jalgiris”in 92:83-lük qələbəsi olub.
Almaniyanın “Bavariya” komandası “Makkabi Təl-Əviv”i 98:93 hesabı ilə üstələyib. Gərgin keçən digər oyunlarda isə “Alba Berlin” “Partizan”a 90:91, “Baskoniya” isə “Virtus”a 81:82 hesabı ilə məğlub olub.
Euroliga. 15-ci tur. 13 dekabr:
“Fənərbağça” (Türkiyə) – “Monako” (Monako): 69:99
(19:17, 19:26, 16:29, 15:27)
Əsas oyunçular:
“Fənərbağça” – Hays (28 xal), Boldvin (13 xal), Şanlı (10 xal).
“Monako” – Ceyms (21 xal), Okobo (19 xal), Blosomqaym (11 xal).
“Real” (İspaniya) – “Jalgiris” (Litva): 83:92
(19:24, 19:30, 22:18, 23:20)
Əsas oyunçular:
“Real” – Musa (15 xal), Hezonia (14 xal).
“Jalgiris” – Voker (21 xal), Fransisko (17 xal).
“Baskoniya” (İspaniya) – “Virtus” (İtaliya): 81:82
(21:21, 17:17, 19:18, 24:26)
Əsas oyunçular:
“Baskoniya” – Ronqavopulos (19 xal).
“Virtus” – Şengeliyə (16 xal, 10 ribaund).
“Bavariya” (Almaniya) – “Makkabi Təl-Əviv” (İsrail): 98:93
(22:30, 21:20, 24:22, 31:21)
Əsas oyunçular:
“Bavariya” – Edvards (25 xal), Obst (23 xal).
“Makkabi Təl-Əviv” – Xord (25 xal), Qabriel (16 xal).
“Alba Berlin” (Almaniya) – “Partizan” (Serbiya): 90:91
(28:30, 18:21, 18:23, 26:17)
Əsas oyunçular:
“Alba” – MakKormak (16 xal), Şnayder (13 xal).
“Partizan” – K.C. Cons (24 xal).